BP “EY ilin iş adamı” müsabiqəsinə sponsorluq edir
BP Azərbaycanda
"EY ilin iş adamı” proqramına dəstək verməkdən məmnunluq duyur. Sahibkarlar üçün
dünyanın ən nüfuzlu biznes mükafatları proqramı olan, EY tərəfindən təsis
edilmiş bu müsabiqə Azərbaycanda ilk dəfə keçirilir.
BP yerli kiçik və
orta sahibkarlığın inkişafına yardım etməklə bağlı götürdüyü uzunmüddətli öhdəliyinin
bir hissəsi kimi bu müsabiqəyə qoşulub. Öz tərəfdaşları ilə birlikdə BP 2007-ci
ildən etibarən yerli sahibkarlar üçün milyonlarla dollar dəyərində olan
bacarıqların inkişaf etdirilməsi proqramını maliyyələşdirir.
BP-nin AGT
regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli dedi:
"On ildən çoxdur ki, tərəfdaşlarımızla birlikdə biz yerli şirkətlərin
inkişaf etdirilməsinə dəstək oluruq və bizim "Sahibkarlığın İnkişafı Proqramı”nda
iştirak etmiş yüzlərlə şirkətin müstəsna inkişafını görməkdən qurur duyuruq. Bu
şirkətlərdən çoxu hazırda qlobal miqyasda rəqabət aparacaq səviyyədədir və Azərbaycandakı
əməliyyatlarımızda və layihələrimizdə milyonlarla dollar dəyərində müqavilələr
qazanıblar.
Yerli təchizat zəncirinin
inkişaf etməsinə yardım etmək üçün göstərdiyimiz səylər EY şirkətinin "İlin iş
adamı” proqramının məqsədinə tam uyğundur.
Bu proqram Azərbaycanda ilk dəfə
olaraq şəxsləri və ya şirkətləri sahibkarlıq sahəsində əldə etdiyi nailiyyətlərə
görə mükafatla təltif edəcək. EY şirkətinə bu nüfuzlu müsabiqəyə qoşulmaq üçün
yaratdığı imkana görə təşəkkür edirik və dünyanın müxtəlif yerlərindən seçilən ən
yaxşı iş adamları arasında Azərbaycanı təmsil edən şəxsləri də görəcəyimizə
ümid edirik.”
www.anews.az