• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Vahid Ələkbərov 6,56 milyard dollar itirdi

Vahid Ələkbərov 6,56 milyard dollar itirdi
01.05.2020 11:33
Ən zəngin rusiyalıların sərvəti 2020-ci ilin əvvəlindən, ümumilikdə, 46 milyard dollar azalıb.

Bu barədə "RİA Novosti” "Bloomberg Billionaires Index” reytinqinə əsasən məlumat yayıb.
İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

Ümumiyyətlə, dünyanın ən zəngin 500 insanının daxil olduğu reytinqdə 23 Rusiya vətəndaşı yer alıb.

Siyahıda olan rusiyalı milyarderlərdən yalnız Süleyman Kərimov sərvətini 691 milyon dollar artıra bilib.

"Nornikel”in sahibi Vladimir Potaninin sərvəti ilin ilk dörd ayında 2,04 milyard dollar azalaraq, 26 milyard dollara çatıb. NLMK şirkətinin əsas benefisiarı Vladimir Lisin bu müddətdə 3,84 milyard dollar itirib (hazırda sərvəti 17,6 milyard dollardır).

Ən çox sərvət itirən isə "Novateka” şirkətinin şəriki Leonid Mixelsondur. Onun sərvəti 7,66 milyard dollar azalaraq, 16,9 milyard dollara bərabər olub. "Severstal”ın sahibi Aleksey Mordaşovun kapitalı 3,8 milyard dollar azalaraq, 16,2 milyard dollara qədər enib.

"LUKoil”un prezidenti Vahid Ələkbərovun sərvəti isə 6,56 milyard dollar azalıb. Hazırda V.Ələkbərovun sərvətinin həcmi 15,7 milyard dollara bərabərdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Cəmiyyət 10:09
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:00
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol