• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Prezident: "Ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra satsınlar"

Prezident:
01.05.2020 23:47
"Dörd rayonda hansı ki, icra başçıları həbs olunub, orada işlər geniş təhlil edilməlidir. Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”. 

Bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı diqqətə çatdırıb ki, bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır: "Bu vəsaiti ayırırıq ki, bu gün özünə iş tapa bilməyən insan heç olmasa minimum əməkhaqqı səviyyəsində işlə təmin edilsin. Bunlar ictimai işlərdir və biz bu yolla insanları işlə təmin edirik. Əgər birinci mərhələdə təqribən 30 min iş yeri yaradılmışdırsa, hazırda mən göstəriş vermişəm ki, onların sayı 90 minə çatdırılsın. Ancaq birinci mərhələdə bu vəsaitin paylanılması icra başçıları tərəfindən həyata keçirilirdi. Burada mövcud olan nəzarətsizlik və korrupsiya halları bir çox insanları dövlət tərəfindən verilən bu yardımdan faktiki olaraq məhrum etmişdir. Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər. Ancaq buna baxmayaraq, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən yenə də həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Ona görə bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır”.
Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövlətinin bütün resursları səfərbər etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, dövlət ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir: "Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər”.
"İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol