• $ 1.7
  • € 1.9888
  • ₽ 0.020028
  • ₺ 0.0412
  • £ 2.2995

Azercell yeni balans köçürmə imkanlarını təqdim edir!

Azercell yeni balans köçürmə imkanlarını təqdim edir!
05.05.2020 11:39
"Azercell Telekom” MMC "Mobil ödəmə” və "Paycell” xidmətləri çərçivəsində yeniliklərə imza atır!
 
Abunəçilərin gündəlik həyatını müasir texnologiyalar və rəqəmsal həllər vasitəsilə asanlaşdırmağı hədəfləyən Azercell şirkəti yeni balans köçürmə imkanlarını təqdim edir.
 
Mobil operator innovativ "Mobil Ödəmə” xidmətinin funksionallığını növbəti dəfə genişləndirir. Artıq Fakturasız Xətt (SimSim) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından  həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 AZN-dən 50 AZN-dək vəsaiti hədiyyə edə bilərlər.  Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ  500 AZN həcmində təyin edilib.
 
Xatırladaq ki, "Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün Azercell-in çoxfunksiyalı "KABİNETİM" mobil tətbiqini Playstore və ya  Appstore-dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.
 
Eyni zamanda, Azercell "Paycell” xidməti çərçivəsində də yeniliklərə imza atıb.  Odur ki,  23 aprel tarixindən etibarən "Paycell” xidməti vasitəsilə istənilən Fakturasız Xətt  nömrənin balansına 0.2 AZN, 0.5 AZN və 1 AZN-dən əlavə, həm də 2 AZN və 5 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib,  2 AZN məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 AZN üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.
 
Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə Azercell "Mobil Ödəmə” və "Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün  əlavə xidmət haqqı tətbiq etmir.
 
"Mobil ödəmə” xidməti haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/payment_balance/mobile_payment/səhifəsinə keçid edərək tanış ola bilərsiniz.
"Paycell” xidməti haqqında ətraflı məlumat üçün  https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/         səhifəsinə daxil olmağınız xahiş olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehdiabadda yaşayış binasında yanğın olub,sakinlər təxliyə olunub - Video
Cəmiyyət 22:43
Mehdiabadda yaşayış binasında yanğın olub,sakinlər təxliyə olunub - Video
Xocasəndə avtobus qəzaya düşüb - Xeyli sayda yaralı var
Cəmiyyət 21:58
Xocasəndə avtobus qəzaya düşüb - Xeyli sayda yaralı var
Ağdamda ferma yanıb
Cəmiyyət 21:22
Ağdamda ferma yanıb
Bu istiqamətlərə qatarların hərəkəti müvəqqəti dayandırılır
Cəmiyyət 19:30
Bu istiqamətlərə qatarların hərəkəti müvəqqəti dayandırılır
BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq- Rəsmi
Cəmiyyət 16:24
BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq- Rəsmi
Bakıda bir küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Cəmiyyət 16:05
Bakıda bir küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb
Cəmiyyət 14:35
Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb
"Şagird davranış qaydaları" bütün ölkə məktəblərində tətbiq olunacaq
Cəmiyyət 13:57
"Şagird davranış qaydaları" bütün ölkə məktəblərində tətbiq olunacaq
Azərbaycanda kənd təsərrüfatı istehsalı bu il 1%-ə yaxın azalıb
Cəmiyyət 13:23
Azərbaycanda kənd təsərrüfatı istehsalı bu il 1%-ə yaxın azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol