• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvətə görə tutuldu

Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvətə görə tutuldu
05.05.2020 14:21
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin "Report"a daxil olan birgə məlumatında bildirilir ki, dövlət başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6 000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət 21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Siyasət 18:08
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
Siyasət 16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Siyasət 13:48
İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Siyasət 13:28
Qusenbauer: Avropa üçün dayanıqlı sülh beynəlxalq hüquqa və sərhədlərin toxunulmazlığına əsaslanmalıdır
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir
Siyasət 13:21
Əmr Musa: XXI əsrdə qlobal təhlükəsizlik anlayışı yenidən müəyyənləşdirilməlidir

"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Siyasət 10:46
"Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub"- İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol