• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Prezidentdən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

Prezidentdən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
07.05.2020 22:03
"Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Biz 160 mindən çox test keçirmişik. Əlbəttə, bu, xəstəliyin yayılma ocaqlarının, o cümlədən regional baxımdan aşkar olunmasına kömək edir. Mayın 4-dən, bundan əvvəl isə aprelin 27-dən karantin rejimi müəyyən qədər yumşaldılmağa başlanıb".

Anews.az xəbər verir ki, bu fikirləri TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə haqqında sualı cavablandıran Prezident İlham Əliyev deyib.


Həkimlərə, tibb işçilərinə qayğı ilə yanaşıldığını bildirən dövlətimizin başçısı qeyd edib ki, koronaviruslu xəstələrə xidmət edənlər üçün onların aylıq maaşından 3, 4, 5 dəfə yüksək xüsusi maaş əlavələri tətbiq edilib. Məhdudlaşdırma tədbirləri, eləcə də müalicə prosesinin düzgün təşkilinə yönəlmiş tədbirlər kompleksi sayəsində Azərbaycan hələlik bu vəziyyətdən minimum itkilərlə çıxa bilir.


Bu tədbirlərə ictimai dəstəyin yüksək səviyyəsini vurğulayan Azərbaycan Prezidenti deyib: "Mən hər gün yüzlərlə, bəzən minlərlə təşəkkür məktubu alıram. Bu məktublarda bütün kateqoriyalardan olan vətəndaşlar, balaca uşaqlardan başlamış uzunömürlülərə qədər təşəkkürlərini bildirirlər ki, biz hələlik bu vəziyyətdən şərəflə çıxırıq. Lakin biz onu da demişik ki, karantin rejiminin yumşaldılması tədbirlərinin vəziyyəti kəskin pisləşdirdiyini görsək, bu rejimi yenidən sərtləşdirməli olacağıq. Mən Azərbaycan xalqına müraciətlərimdə dəfələrlə demişəm ki, biz həmrəylik göstərdik, birlik göstərdik, indi biz həm də məsuliyyət və intizam göstərməliyik. Fikrimcə, bu iki istiqamət ayrıca müzakirə tələb edir, lakin düşünürəm ki, bütövlükdə vəziyyət hələlik nəzarət altındadır”.
 
(report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Cəmiyyət 10:09
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:00
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol