Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun təşəbbüsü ilə cari ilin mayın 4-də keçirilmiş Hərəkatın COVID-19 virusu ilə mübarizəyə həsr olunmuş Zirvə görüşündə bu sahədə Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ianənin ayrılmasını bəyan edib.
Anews.az-ın məlumatına görə, bununla bağlı mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında "Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişi Azərbaycan tərəfindən ÜST-ün "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:16
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - Video
Siyasət
16:17
Azərbaycan “orta güc” konsepsiyası əsasında daha fəal multilateral diplomatiya aparır - Hacıyev