• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Azercell xeyirxah çağırışa qoşulub

Azercell xeyirxah çağırışa qoşulub
13.05.2020 13:56
Şirkət əməkdaşları hemotoloji xəstəliyi olan uşaqlar üçün qanvermə aksiyasında iştirak edib
 
Ölkənin lider mobil operatoru Azercell öz əməkdaşlarının timsalında növbəti mühüm sosial layihəni gerçəkləşdirib. Mayın 12-də şirkətdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. Şirkətin prezidenti Vahid Mürsəliyev və bəzi departament direktorları da daxil olmaqla, Azercell əməkdaşları qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə iştirak ediblər.
 
Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya "Azercell Telekom” MMC-nin çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək.
 
Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki karantin rejiminin tətbiqi ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.


Qeyd edək ki, Azercell Telekom həm korporativ səviyyədə, həm də içilərinin təşəbbüsü ilə COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Cəmiyyət 10:09
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:00
Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Cəmiyyət 22:58
Özbək ekstrasens Azərbaycandan çıxarıldı
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Cəmiyyət 21:50
Mingəçevirdə evdən qadın meyiti tapılıb
Füzulidə mina partlayıb,ölən var
Cəmiyyət 20:41
Füzulidə mina partlayıb,ölən var
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Cəmiyyət 20:37
Rusiyadan İrana göndərilən humanitar yardım Azərbaycan sərhədindən yola salınıb - Yenilənib
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Cəmiyyət 18:10
Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHI
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Cəmiyyət 17:27
Masazır bələdiyyəsinin sabiq sədri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol