• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Azərbaycanın şokolad bazarı genişlənməkdədir - FOTOLAR

Azərbaycanın şokolad bazarı genişlənməkdədir   - FOTOLAR
28.05.2020 21:55
Azərbaycanın ərzaq bazarında şokolad xüsusi yer tutur və ən çox istehlak edilən məhsullardandır.  
 
Belə ki, 2020-ci ilin yanvar-fevralında ölkəyə şokolad idxalı 2517,39 tonn təşkil edib, bu da ötən ilin uyğun dövrünün göstəricisindən  16,4% və ya 355  ton çoxdur. Artım tempi əvvəlki illərdə də müşahidə olunub. 2019-cü ildə Azərbaycana şokolad idxalı 2018-ci illə müqayisədə 6% artaraq 17.765 ton təşkil edib, bu barədə Azərbaycan Dövlət Statistika Dövlət Komitəsi məlumat yayıb.
 
Dövlət komitəsinin verdiyi xəbərə görə, şokolad ən çox paytaxt Bakıda istehlak edilib. Ondan sonrakı yerləri Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan  şəhərləri bölüşdürüblər. Azərbaycan bazarına idxal edilən şokoladın çox hissəsi Rusiyanın payına düşür. Hələ də Azərbaycan bazarında Rusiya istehsalı olan şokoladlara tələbat var. Bunun da səbəbi Avropa ölkələrində istehsal edilən şokoladlardan fərqli olaraq Rusiya şokoladlarının daha ucuz olmasıdır.   2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilən şokoladın 68% Rusiya şirkətlərinin payına düşür.  Bu dövr ərzində Rusiyadan Azərbaycana 1704,79 ton və ya 4290,64 min dollar dəyərində şokolad idxal edilib.
 

 
Rusiya Azərbaycana şokolad ixracı üzrə 2019-cu ildə də liderlik edib. Ötən il bu ölkədən Azərbaycana 12643,59 ton şokolad idxal edilib ki, bu da cəmi idxalın 71,2%-ni təşkil edib.
 
Onu da qeyd edək ki, Azərbaycan bazarının tələbat yalnız idxal edilən məhsul deyil daxili istehsal hesabına da ödənilib. 2020-ci ilin yanvar-martında  Azərbaycanda 2862,8 ton şokolad istehsal olunub ki, buda 2019-cu ilin  uyğun dövründən 3,5 dəfə çoxdur.
 

 
Azərbaycanda şokolad istehsalı ilə yanaşı şokoladın ixracında da artım müşahidə olunub. 2020-ci ilin yanvar fevralında Azərbaycandan xaricə 292,81 ton  şokolad ixrac edilib. Bu da 2019-cu ilin uyğun dövründən 28,4% çoxdur. 2019-cu ildə Azərbaycandan şokolad ixracı 2490,2 ton, 2018-ci ildə isə -  1677,2 ton təşkil edib ki, bu da ölkədən şokolad ixracının dinamikasında müsbət  istiqamətdə irəliləmənin olmasına bariz sübutdur. Maraqlısı odur ki, Rusiya təkcə Azərbaycana şokolad ixracına görə eyil, ölkəmizdən şokolad idxalına görə də liderlik edir.  2020-ci ilin yanvar-fevralında Azərbaycandan Rusiyaya 106 ton , 2019-cu ilin uyğun  dövründə 79,3 ton şokolad ixrac edilib.  
 
Hazırda Azərbaycan bazarında şokolad istehsalı ilə əsasən "Ulduz" və "Şirin" şokolad fabriki məşğul olur.
 
2020-ci ilin əvvəlindən "Ulduz" şokolad fabriki tərəfindən 2652,4 ton şokolad istehsal edilib ki , bu da cəmi istehsalın təxminən 70%-ni təşkil edir. "Ulduz" Şokolad fabrikinın məhsulları hm daxili bazarda populyarlıq qazanıb, həm də ixraca yönəldilib. 2020-ci ilin əvvəlindən fabrik tərəfindən 1933,9 ton şokolad daxili bazarda reallaşdırılıb, 485,9 ton şokolad isə ixrac edilib. Müəssisə istehsal gücünün 34,3%-i qədər işləyir. Yəni müəssisənin faktiki olaraq daxili bazarı daha çox təmin etmək üçün geniş istehsal potensialı var.   
 
"Ulduz" şokolad fabrikinin "Xonça", "Sultan" və s bu kimi şokold çeşidləri həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından qıraqda sevilir.
 

Qeyd edək ki, "Ulduz" şokolad fabriki 1994-cü ildə təsis edilən  "Veysəloğlu" şirkətlər qrupuna daxildir. İlk vaxtlar "Veysəloğlu" şirkəti ancaq satış və distribütor fəaliyyəti ilə məşğul olurdusa 2017-ci ildən başlayaraq öz fəaliyyətini genişləndirməyə başlayır və hazırda şirkətlər qrupunda "Ulduz" şokolad fabrikidən başqa "Araz", "Oba", "Spar" supermarket şəbəkəsi, "Sirab" mineral suları, "Xonça" şirniyyat evi, "Entree" restoranlar şəbəkəsi, AVT Construction, AVT Logistic və s kimi müəssisələr birləşib.  
 
"Veysəloğlu" şirkətlər qrupuna daxil olan şirkətlər yalnız  istehsal və ixrac ilə məşğul olmur. Bura inə daxil olan  «Nestle», «Wesley», «Belore» и «MARS" kimi dünya brendlərinin Azərbaycanda distribütoru olan şirkətlər də daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
İqtisadiyyat 18:28
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
İqtisadiyyat 19:33
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
Azərbaycan və İran razılığa gəldi - Fotolar
İqtisadiyyat 18:51
Azərbaycan və İran razılığa gəldi - Fotolar
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
İqtisadiyyat 19:13
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
İqtisadiyyat 18:45
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
İqtisadiyyat 22:18
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
İqtisadiyyat 19:01
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
Vaxtı keçmiş qida məhsulları məhv edildi
İqtisadiyyat 22:12
Vaxtı keçmiş qida məhsulları məhv edildi
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
İqtisadiyyat 18:31
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol