• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Prezidentdən söz istəyən icra başçısı: O cəsarət idimi? - VİDEO

Prezidentdən söz istəyən icra başçısı: O cəsarət idimi? - VİDEO
29.05.2020 08:43
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Xatırladaq ki,N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.


"AzPolitika.info” xəbər verir ki, 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirən N.İsmayılova aid internetdəki "Vikipediya” səhifəsində sabiq başçının siyasətçi olduğu qeyd edilir, ixtisası isə " Energetika mühəndisi və politoloq”(?) kimi göstərilir.


Qeyd edək ki, N.İsmayılov 30 ilə yaxın müddətdə icra hakimiyyəti strukturlarında yüksək vəzifələr tutub və ötən il Saatlıya başçı təyin olunmazdan əvvəl Göyçay, Şamaxı və Sabirabad rayonlarının icra başçısı olub.


Mətbuatda onun rəhbərlik etdiyi rayonlarda yaşayan əhalinin şikayətlərini əks etdirən kifayət qədər çoxlu sayda materiallara, korrupsiya iddialarına rast gəlmək olar.


Ancaq Azərbaycan reallıqlarını nəzərə alsaq, burada qeyri-adi bir şey yoxdur. Çünki icra başçılarının böyük əksəriyyətinin "iş prinsipləri” hamıya yaxşı məlumdur və bu cəhətdən yəqin ki, Saatlının artıq sabiq icra başçısı da digər həmkarlarından geri qalmayıb.


Lakin N.İsmayılov geniş ictimaiyyət arasında daha çox ötən ilin dekabrında Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədəki çıxışı ilə yadda qalıb.


Adətən icra başçılarının belə iclaslarda "ağzına su alıb” oturduqları, dindirən olmasa dinmədikləri və "xəta-bəladan uzaq olmaq üçün” iclasın mümkün qədər tez bitməsini arzuladıqları halda, N.İsmayılov həmin iclasda ölkə başçısından söz istəmişdi.


Əslində, hər başçının, hətta nazirin cəsarət etmədiyi bu addımı atan N.İsmayılov Saatlıda pambıqçılığın əsas problemi olan suvarma məsələsini qaldırmışdı. O, dolayısı ilə bu problemin mövcudluğunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətini və onun rəhbəri Əhməd Əhmədzadəni günahlandırmışdı.


Bunun da nəticəsində ölkə başçısı N.İsmayılovun çıxışından sonra Əhməd Əhmədzadədən problemlə bağlı izahat tələb etmişdi. 


Bunun başçının rayonun problemlərinə doğrudan da can yandırdığı, yoxsa Ə.Əhmədzadəni "vurmaq” üçün etdiyinə dair bir şey söyləmək çətindir. Ümid edək ki, birinci variant doğrudur və N.İsmayılov doğrudan da rayonun suvarma probleminin həllini istəyib...


N.İsmayılovun həmin iclasdakı çıxışı: 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol