• $ 1.7
  • € 1.978
  • ₽ 0.021002
  • ₺ 0.0405
  • £ 2.2767

"Kapital Bank" Group-IB TDS vasitəsilə kibertəhlükəsizliyini gücləndirdi

29.05.2020 04:57
Kapital Bank kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşan beynəlxalq Group-IB şirkətinin dəstəyi ilə kibertəhlükələrin öncədən aşkarlanması üçün istifadə olunan Group-IB Threat Detection System (TDS) adlı kompleksi uğurla tətbiq edib. Group-IB-nin təqdim etdiyi bu proqram-aparat kompleksini Kapital Bank öz rəqəmsal sərhədlərini mürəkkəb təhlükələrdən, eləcə də əvvəllər bilinməyən zərərli proqram təminatı vasitəsilə edilən hədəfli hücumlardan qorumaq üçün istifadə etməyi planlaşdırır.

"Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə müəssisəsi olaraq 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə bank xidmətləri göstərir. Belə böyük müştəri auditoriyasına yüksək səviyyədə xidmət göstərmək və onların vəsaitlərinin hərtərəfli təhlükəsizliyini təmin etmək üçün Banka aktual kibertəhlükələrdən müdafiə vasitələri də lazımdır. Əminəm ki, Group-IB ilə əməkdaşlığımız qarşıya qoyulan bütün məqsədlərə nail olmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

"Rusiyadan test poliqonu kimi istifadə edib, rusdilli və maliyyə cəhətdən motivasiyalı APT-lər yaxın ölkələrə hücum edərək, coğrafi ekspansiyanı davam etdirir. Hazırda Azərbaycan Rusiya bazarında artıq bir neçə ildir ki, mübarizə apardığımız bu mürəkkəb təhlükələrlə üzləşir. Təhlükələrin təbiətini dərindən anlayan Kapital Bank seçimini Anti-APT həllinin üzərində saxlamaqla sübut edir ki, Bank qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir və riskləri minimuma endirmək üçün naməlum alətləri və hücum verktorlarını aşkarlamağa çalışır", - deyə, Group-IB-nin Kommersiya Direktoru İqor Smirnov qeyd edib.

Qeyd edək ki, Group-IB — kiberhücumların aşkarlanması və qarşısının alınması, şəbəkədə dələduzluğun aşkar edilməsi və intellektual mülkiyyətin qorunması itsiqamətlərində fəaliyyət göstərən və baş qərargahı Sinqapurda yerləşən aparıcı şirkətlərdən biridir. Gartner, Forrester və IDC rəylərinə görə Group-IB Threat Hunting Intelligence kibertəhlükələr haqqında məlumat toplama sistemi dünyanın ən yaxşılarından biri hesab olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb
İqtisadiyyat 15:57
Azərbaycan mədəniyyət xərclərini 16 %-ə yaxın artırıb

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
İqtisadiyyat 15:28
Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!
Azərbaycanın dövlət borcu açıqlanıb
İqtisadiyyat 14:19
Azərbaycanın dövlət borcu açıqlanıb
BTB Bank maliyyə tələblərinə tam cavab verir, risklər müşahidə olunmur -Mərkəzi Bank
İqtisadiyyat 12:56
BTB Bank maliyyə tələblərinə tam cavab verir, risklər müşahidə olunmur -Mərkəzi Bank
Dünya iqtisadiyyatı qeyri-sabit vəziyyətdədir - maliyyə nazirinin müavini
İqtisadiyyat 12:47
Dünya iqtisadiyyatı qeyri-sabit vəziyyətdədir - maliyyə nazirinin müavini
2024-cü ildə yoxsulluq və işsizlik 5,2 faizə düşüb - Nazir müavini
İqtisadiyyat 12:08
2024-cü ildə yoxsulluq və işsizlik 5,2 faizə düşüb - Nazir müavini
Deputat: Neft sektoru dövlətin nəzarətində qalmalıdır
İqtisadiyyat 11:54
Deputat: Neft sektoru dövlətin nəzarətində qalmalıdır
Neftin qiyməti və uçot dərəcəsi arasında birbaşa əlaqə yoxdur - Taleh Kazımov
İqtisadiyyat 11:50
Neftin qiyməti və uçot dərəcəsi arasında birbaşa əlaqə yoxdur - Taleh Kazımov
Azərbaycanda dollarlaşma aşağı düşüb
İqtisadiyyat 11:43
Azərbaycanda dollarlaşma aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol