• $
  • £

Bank Respublika fermerlərə kreditləri daha rahat və sürətlə verəcək!

Bank Respublika fermerlərə kreditləri daha rahat və sürətlə verəcək!
29.05.2020 10:15
Ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək verən Bank Respublika, aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması və kreditlərin verilməsi prosesinin daha da sürətləndərilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalamışdır. Saziş çərçivəsində, Bank kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq yeni "CLARA” risklərin idarə edilməsi sistemini tətbiq edəcək.

Yeni saziş üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticələrinin göstəricisidir. İmzalanmış saziş çərçivəsində tətbiq olunacaq yeni sistem Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafına istiqamətləndiriləcəkdir.

Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrində çalışan şəxslər,  Bank Respublikanın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək daha asan və sürətli şəkildə kredit əldə edə biləcəklər.

Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
İqtisadiyyat 11:41
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol