• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Elmar Məmmədyarov erməni musiqisinin sədaları altında rəqs edib? - VİDEO

Elmar Məmmədyarov erməni musiqisinin sədaları altında rəqs edib? - VİDEO
29.05.2020 11:25
"Xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə qərəzli və həqiqətəuyğun olmayan videorolik paylaşılıb. Məqsədli şəkildə hazırlanan və paylaşılan videorolikdə guya nazir Elmar Məmmədyarovun erməni musiqisinin sədaları altında rəqs etməsi göstərilir”.
 
Anews.az xəbər verir ki, bunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki keçmiş səfiri Daşqın Şikarov xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə aparılan "qara piar”a etiraz edərkən deyib.
 
"Bu gün dünyada "COVID-19” pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə bəzilərinin vaxt tapıb hörmətli nazirin "Bakı” mahnısının sədaları altında rəqs etməsini montaj edərək, çirkin niyyətlərini gercəkləşdirməyə çalışıblar. Bu addımın kimlər tərəfinfən atıldığı məlum olmasa da, onun azərbaycanlı olduğuna şübhə yaranır. Müqəddəs Ramazan bayramı ərəfəsində saxtakarlığı özünə peşə seçənləri şər-böhtan atmaqdan çəkinməyə və vıcdanlı olmağa dəvət edirəm. Ən azından müsəlman olduğumuzu və müqəddəs "Qurani Kərim”də şər-böhtan atmağın böyük günah olduğunu unutmayaq. Həmin videonun orjinal variantını təqdim edirəm, baxın və özünüz qiymət verin: Azərbaycan musiqisini çixarıb ora erməni musiqisini əlavə edənə nə ad vermək olar, beləlırinə azərbaycanlı demək olarmı?”, - D.Şikarov əlavə edib.
 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Elmar Məmmədyarovun guya oğlunun toyunda erməni mahnısına oynadığını əks etdirən saxta video yayılıb. Bəzi izləyicilər isə montaj edilmiş videonun həqiqi olmadığının fərqinə varmadan nazirin ünvanına sərt ifadələr yazıblar.
 
Xatırladaq ki, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu 2019-cu il avqustun 18-də ABŞ-da olub. Riyad Məmmədyarov və onun amerikalı xanımı Aleks Zapallanın toyundan görüntülər hələ o zaman əksər saytlarda da yayımlanmışdı. Görüntülərdə Elmar Məmmədyarovun ailə quran gənclərlə birlikdə müğənni Eyyub Yaqubovun "Azəri torpağı" adlı mahnısının sədaları altında rəqs etdiyi görünür.Modern.az
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Laçından ən son görüntülər- VİDEO
Cəmiyyət 19:39
Laçından ən son görüntülər- VİDEO
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Cəmiyyət 17:45
Azərbaycanda kartof bahalaşıb - Səbəblər
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Cəmiyyət 11:34
Öləndə orqanlarınızı bağışlayarsınızmı?- SORĞU
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
Cəmiyyət 10:55
Bolşevik adları Bakı küçələrində qalmalıdırmı?”- VİDEOREPORTAJ
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Cəmiyyət 14:37
COP29 tədbirində heyvansevər aksiya keçirdi- VİDEO
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Cəmiyyət 17:51
Bakı sakinləri velosiped xətləri barəsində nə düşünürlər? - VİDEO
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Cəmiyyət 19:28
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb -  Videoreportaj
Cəmiyyət 23:23
Kitab satışı ƏDV-dən azad olsa da, qiyməti ucuzlaşmayıb - Videoreportaj
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol