• $
  • £

Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilərmi?

Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilərmi?
28.05.2020 23:41
Bəşəriyyət yalnız COVID-19-un yayılmasının birinci dalğasını yaşayır, pandemiyanın növbəti pik həddi tam
 ehtimal ediləndir.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan bildirib.


"İndi ikinci dalğadan narahat deyilik, biz birinci dalğanın düz ortasındayıq. Bu dalğada ikinci pik həddlə üzləşə bilərik. Belə hallar keçmişdəki pandemiyalarda da olurdu", - Rayan deyib.


O, qeyd edib ki, yeni pik hədd Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada virusun aktiv şəkildə yayılması nəticəsində mümkündür.


ÜST rəsmisinin sözlərinə görə, xəstəliyin artımının müvəqqəti azalması bu tendensiyanın gələcəkdə qalıb-qalmayacağını aydınlaşdırmır.


Rayan həmçinin qeyd edib ki, dünya gələcəkdə pandemiyanın mövsümi qriplə üst-üstə düşə bilən ikinci dalğasına hazırlaşmalı olacaq. 


Son məlumatlara görə, dünyada COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.


Pandemiya ərzində virusun aşkarlandığı ölkələrdə ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.


Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
VI Felipe Madriddə Zelenskini qəbul edib
Dünya 23:09
VI Felipe Madriddə Zelenskini qəbul edib
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Dünya 21:19
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Cey Di Vens Macarıstana səfər edəcək
Dünya 20:30
Cey Di Vens Macarıstana səfər edəcək
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırılıb
Dünya 19:48
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırılıb
Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib
Dünya 18:47
Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Dünya 15:03
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Gürcüstan Patriarxı II İlya vəfat edib
Dünya 23:25
Gürcüstan Patriarxı II İlya vəfat edib
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Dünya 23:01
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Tramp Çinə səfərini təxirə salıb
Dünya 21:31
Tramp Çinə səfərini təxirə salıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol