1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı -VİDEO

Türkiyə polisi özünü keçmiş millət vəkilinin qızı kimi tanıdaraq dələduzluq edən Xalidə M. adlı qadını saxlayıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis şöbəsi daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb.
İstintaqla Azərbaycan əsilli qadının Türkiyəyə 8 il öncə turist olaraq gəldiyi və Azərbaycanda dələduzluq faktına görə axtarışa verildiyi müəyyənləşdirilib.
Həmçinin məlum olub ki, o, Rusiyada universitetdə təhsil alıb və 3 dil bilir. Anası ötən illərdə Rusiyada millət vəkili kimi fəaliyyət göstərib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 