• $
  • £

Zelenski ailəsinin keçənilki gəliri açıqlandı

Zelenski ailəsinin keçənilki gəliri açıqlandı
30.05.2020 20:32
Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin 2019-cu ildəki gəliri barədə bəyannamə dərc edib.
 
"TASS” xəbər verir ki, Ukrayna prezidentinin ailəvi gəliri 28 milyon 602 min 468 qrivna ( 1 milyon 59 min dollar) təşkil edib. Zelenski ailəsi dövlət büdcəsinə 3 milyon 600 min qrivna (133 min dollar) vergi ödəyib.

"2019-cu ilin mayından Vladimir Zelenski sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və yalnız Dövlət İşlər İdarəsindən maaş alır”, - deyə prezidentin ofisindən bildirilib. Ukrayna liderinin 2019-cu ildə may-dekabr aralığında gəliri 208 min 787 qrivna ( 7 min 731 dollar) təşkil edib.

2019-cu ildə Zelenski ailəsi 5 milyon 200 min qrivna (192,5 min dollar) qiymətli kağız alıb, Kiyevdə prezidentin xanımına məxsus 4 milyon 423 min qrivna (163,76 min dollar) məbləğində daşınmaz əmlakı satıb. Onlar Böyük Britaniyadakı mənzillərinin kirayə verilməsi nəticəsində 3 milyon 200 min qrivna (118,46 min dollar) gəlir əldə ediblər. Bundan başqa, Zelenski "Kvartal-95 Studiyası”nın keçmiş bədii rəhbəri Sergey Şefir ailəsinə Ukraynanın 12 müəssisəsinin korporativ hüquqlarını satıb. Buradan isə 246 min 144 qrivna (9,1 min dollar) gəlir əldə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran KİV sabiq prezidentin ölüm xəbərini təkzib edib - Yenilənib
Dünya 19:05
İran KİV sabiq prezidentin ölüm xəbərini təkzib edib - Yenilənib
Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan etdi
Dünya 18:27
Ayətullah Məkarim Şirazi ABŞ və İsrailə qarşı cihad elan etdi
Pezeşkian xalqa müraciət edib - Video
Dünya 18:05
Pezeşkian xalqa müraciət edib - Video
İran raketinin vurduğu tanker Hörmüz boğazında batdı
Dünya 16:38
İran raketinin vurduğu tanker Hörmüz boğazında batdı
Qumda “qisas bayrağı” qaldırıldı
Dünya 15:58
Qumda “qisas bayrağı” qaldırıldı
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin müvəqqəti səlahiyyətlərini icra edəcək
Dünya 14:15
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin müvəqqəti səlahiyyətlərini icra edəcək
İran Hörmüz boğazını açıb - Yenilənib
Dünya 13:30
İran Hörmüz boğazını açıb - Yenilənib
İraqda Xameneyinin ölümü ilə əlaqədar üçgünlük matəm elan edildi
Dünya 13:14
İraqda Xameneyinin ölümü ilə əlaqədar üçgünlük matəm elan edildi
İsrail Tehrana hava zərbəsi endirir
Dünya 12:42
İsrail Tehrana hava zərbəsi endirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol