• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!

Banka gəlmədən hesab aç, elektron ticarətini qur,  50% endirim qazan!
01.06.2020 17:59
Azərbaycan Beynəlxalq Bankı sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb. 

Belə ki, sahibkarlar 30 sentyabra qədər Azərbaycan Beynəlxalq Bankının POS terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm Azərbaycan Beynəlxalq Bankının POS terminallarına, həm də bankın e-commerce sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir.

Beləliklə, sahibkarlar xidmət ofislərinə gəlmədən Azərbaycan Beynəlxalq Bankında hesab aça, qısa müddətdə öz elektron ticarət  sistemlərini qura və bankın yaratdığı endirim imkanından faydalana bilərlər. Əgər indiyə qədər virtual POS terminalın əldə edilməsi sahibkarın banka müraciətindən sonra uzun müddət çəkirdisə, indi hər bir sahibkar maksimum 2 gün müddətinə virtual POS terminalı əldə edə bilər. IBA Link 24/7 rejimində çalışır. Bankın tərəfdaşları bu xidmətə istənilən zaman qoşula bilərlər. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur. Bu xidmətdən istifadəyə görə qoşulma və xidmət haqqı da tələb olunmur. Xidmətə buradan qoşulmaq mümkündür. Bankda məsafədən hesabın açılması isə bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar "Asan İmza”ya sahib olmalıdır.

Qeyd edək ki, Bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərində 50% endirimlə apara bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol