• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Ana və bacısını namus üstə güllələdi... - Bərdədəki qətlin TƏFƏRRÜATI

Ana və bacısını namus üstə güllələdi... - Bərdədəki qətlin TƏFƏRRÜATI
03.06.2020 14:50
Bərdədə güllələnərəq qətlə yetirilmiş ana və qızının ölümü ilə bağlı bəzi təfərrüat üzə çıxıb.

Hadisənin baş verdiyi Bərdənin Alaçadırlı kəndində olan mənbənin Axar.az-a verdiyi məlumata görə, qətl namus üstündə olub. Belə ki, hadisəni törədən Toğrul Zeynallının anası ilə atası boşanıb və ata sonradan ailə qurub.

Bu ayrılıqdan sonra T.Zeynallı atası ilə birgə yaşayıb. Onun atası ilə kənddəki maşın təmiri sexində işlədiyi də məlumdur. Məlumata görə, Toğrulun öldürdüyü bacısı ailəli olub. Lakin o, boşanaraq anasının yanına gəlib. Onun azyaşlı körpəsinin olduğu da deyilir.

Kənddə anası və bacısı ilə bağlı müəyyən söz-söhbətlər yayıldığı üçün T.Zeynallı belə bir əmələ əl atıb. Kənddə hadisəni törədən T.Zeynallı və atası Musa Zeynallının hörmət sahibi olduqları deyilir. Məhz bu səbəbdən T.Zeynallının belə bir hadisə törətdiyinə hər kəs təəccüblənib.

Xatıradaq ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Musa oğlu Zeynallı qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Nazirə Həmid qızı Zeynalovanı ov silahından atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Musa qızı Zeynallı evdən qaçıb. Bacısının arxasınca düşən T.Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq, həmin silahla öldürüb.
T.Zeynallı dünən özü polisə təslim olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol