Bu dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu - biri öldü

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Qarnizonun 11 əməkdaşı koronavirusa yoluxub.
Anews.az oxu.az-a istinadla xəbər verir ki, pandemiya dövründə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun əməkdaşlarından COVID-19-a qarşı test nümunələri götürülüb.
Nəticələrə əsasən, 11 əməkdaşda COVID-19-a yoluxma müsbət olub. Həmin şəxslər aidiyyəti üzrə pandemiya əleyhinə xəstəxanalara yerləşdirilib və müalicələrinə başlanılıb. Artıq onlardan doqquzu tamamilə sağalıb, bir nəfər isə evdə izolyasiya tədbirləri ilə müalicəsini davam etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər