Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
 
            Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ANEWS.az-a verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.
Obyektə baxış zamanı orada olan çay evinin icarədarı Kənan Mirzəxanlı və müştərilərin karantin qaydalarını pozduqları görülüb.
www.anews.az
Son xəbərlər             
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
Daha çox             
        
     
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    