• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

DİN intihar edəcəyini deyən Qarabağ qazisi ilə bağlı açıqlama yayıb

DİN intihar edəcəyini deyən Qarabağ qazisi ilə bağlı  açıqlama yayıb
10.07.2020 14:14
Daxili İşlər Nazirliyi Gəncə şəhər sakini olan Qarabağ qazisi Elşad Quliyevin Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinin adından küçədə piyada səkisi üzərində qarpız satdığı üçün ondan pul tələb edilməsi barədə yaydığı iddialara münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "”Qafqazinfo”ya bildirib ki, Elşad Quliyevin iddiaları həqiqəti əks etdirmir: "E. Quliyevin sözügedən çıxışından dərhal sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək iddia etdiyi məsələ ilə bağlı dinlənilərək izahatı alınıb. Vətəndaş izahatında ona məxsus marketin qabağında qarpız satdığı üçün polis əməkdaşları tərəfindən bir neçə dəfə xəbərdarlıq edilərək küçə ticarətinin qanunla qadağan olunduğunu, mağazanın qarşısındakı qarpızların piyadaların hərəkətinə maneə törətdiyi barədə xəbardarlıq edildiyini bildirib. E. Quliyev onu da bildirib ki, xəbərdarlıq edildikdən 1 gün sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin adından pul istəyib və o bu iddiasını mağazadakı müşahidə kameraları vasitəsilə təsdiq edə biləcəyini bildirib. Lakin müşahidə kameralarına baxış keçirilən zaman hər hansı mülki geyimli şəxslərin mağazaya gələrək ondan rüşvət tələb etməsi barədə görüntü aşkarlanmayıb. Aparılan araşdırmalar nəticəində məlum olub ki, E. Quliyev ona bildirilən iradlardan nəticə çıxarmaq əvəzinə, Qarabağ döyüşlərində iştirak etməsindən istifadə edərək öz qanunazidd əməlinə bəraət qazandırmaq istəyib”.


Qeyd edək ki, E.Quliyev səkidə qarpız satması üçün Gəncə şəhər Polis İdarəsinin rəisi adından ondan 1500 manat pul tələb edildiyini iddia edib. O, həmçinin səkidə qarpız satmasına icazə verilməyəcəyi halda özünü doğrayaraq intihar edəcəyini  bildirib. İddiasına görə, bir neçə gün əvvəl şəhərdə kanalizasiya şəbəkəsindəki problemlə bağlı şikayətinə əsasən, müvafiq qurumlar onunla prinsip ararır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Cəmiyyət 11:41
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Cəmiyyət 11:08
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol