• $ 1.7
  • € 1.9886
  • ₽ 0.020473
  • ₺ 0.0408
  • £ 2.2898

Azərbaycanda erkən nikahların son 14 illik STATİSTİKASI

Azərbaycanda erkən nikahların son 14 illik STATİSTİKASI
08.07.2014 20:43
Azərbaycanda son 14 il ərzində qeydə alınan erkən nikahlarla bağlı statistik rəqəmlər açıqlanıb.Trend-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı təhlillər zamanı məlum olub ki, Azərbaycanda 1999-2011-ci il illər ərzində nikaha daxil olan qadınların ümumi sayında yaşı 18-dək olan qızların sayı ən çox 1999-cu ildə (7,1%) qeydə alınıb. 2003-cü ildə belə nikahlar nisbətən az - 4,6% olub. 2011-ci ildə nikaha daxil olan qadınların ümumi sayında 18 yaşadək qızların payı 6,17% təşkil edib.2011-ci ildə 5138 erkən nikah faktı qeydə alınıbsa, 2012-ci ildə bu rəqəm azalıb. Dövlət Statistika Komitəsinin 2012-ci il üzrə məlumatlarına görə, yaşı 18-dək olan qızlarla nikaha girənlərin sayı 295, 2013-cü ildə isə 229 olub.Son illərdə yaşı 18-dək olan qızlarla nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.Qaçırılma halları 15 və 17 yaşlılar arasında daha çox baş verib.Statistik göstəricilərə görə, Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə isə 4392 olub. 2012-ci ildə bu rəqəm 3236-ya, 2013-cü ildə isə 2855-ə enib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdəmirdə maşın kanala düşüb, yaralılar var
Cəmiyyət 20:44
Kürdəmirdə maşın kanala düşüb, yaralılar var
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:48
Sabah bu ərazidə qaz olmayacaq
İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Cəmiyyət 18:17
İmişlidə toyda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Rusiya Xəzərdə birgə təlimlər keçirməyi təklif edib
Cəmiyyət 17:00
Rusiya Xəzərdə birgə təlimlər keçirməyi təklif edib
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
Cəmiyyət 16:22
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
Cəmiyyət 16:07
Qəbələdə ağır yol nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb - VİDEO
İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
Cəmiyyət 16:00
İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
Azərbaycanda Fransada istehsal edilən qrip vaksininin geniş tətbiqinə başlanılır
Cəmiyyət 15:41
Azərbaycanda Fransada istehsal edilən qrip vaksininin geniş tətbiqinə başlanılır
Gəncədə 11-ci sinif şagirdi bıçaqlanıb
Cəmiyyət 14:57
Gəncədə 11-ci sinif şagirdi bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol