• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

İlham Əliyev: “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”

İlham Əliyev: “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
30.07.2020 21:06
"Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil”. 
Bu fikirləri Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.
"Biz bunu dəfələrlə bildirmişik. Çünki "Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir "respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. 
Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. "Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”, - dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyevin sözlərinə görə, onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar:
"Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, "Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası "Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. 
Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, "Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, "biz qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Siyasət 21:18
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Siyasət 18:30
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Siyasət 15:40
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir
Siyasət 11:29
Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib
Siyasət 20:55
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib
Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Siyasət 18:08
Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
Siyasət 16:42
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
Azərbaycan xarici işlər naziri Çinə səfər edəcək
Siyasət 12:24
Azərbaycan xarici işlər naziri Çinə səfər edəcək
İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Siyasət 11:31
İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol