Ağır yol qəzasında Qarabağ qazisi vəfat edib- FOTO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Anews.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü vəfat edib.

Qeyd edilir ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər