• $
  • £

Silah məsələsinə görə Serbiya Azərbaycana nümayəndə heyəti göndərirAzərbaycana nümayəndə heyəti göndərir

Silah məsələsinə görə Serbiya  Azərbaycana nümayəndə heyəti göndərirAzərbaycana nümayəndə heyəti göndərir
07.08.2020 21:00
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Azərbaycanın hərbi qulluqçularının həlak olması ilə əlaqədar başsağlığı verib.

Anews.az-ın xəbərinə görə, dövlət başçısı başsağlığını avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı çatdırıb.
Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Nazir Hindistanın yeni səfirini qəbul edib
Siyasət 17:19
Nazir Hindistanın yeni səfirini qəbul edib
Prezident sərəncam imzalayıb
Siyasət 13:26
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol