• $ 1.7
  • € 2.0096
  • ₽ 0.022138
  • ₺ 0.0388
  • £ 2.2983

Bakının mərkəzi küçələrindən daha biri təmir edilib

Bakının mərkəzi küçələrindən daha biri təmir edilib
11.08.2020 22:25
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

Bu barədə Anews.az AAYDA-ya  istinadən xəbər verir.

Məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində təmir işləri aparılıb. Belə ki, sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün AAYDA tərəfindən ümumi uzunluğu 2,7 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirilib.

Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülürək 3,2 km uzunluğunda yeni səki daşları ilə əvəz edilib, zəruri yerlərdə əsasən deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 20 min kv.m-ə yaxın sahəni əhatə edib.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yol birləşmələri təmir edilib.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, bundan bir müddət öncə qəsəbənin daha bir mərkəzi yolu olan 2,5 km uzunluğa malik Asəf Zeynallı küçəsində yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il bu qədər narkotik vasitə müsadirə edilib
Cəmiyyət 12:30
Ötən il bu qədər narkotik vasitə müsadirə edilib
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Cəmiyyət 12:15
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Bill Geyts Ceffri Epşteynlə əlaqələrini “böyük səhv” adlandırıb
Cəmiyyət 12:08
Bill Geyts Ceffri Epşteynlə əlaqələrini “böyük səhv” adlandırıb
Azərbaycanda internet provayderləri üçün minimum sürət həddi tətbiq olunacaq
Cəmiyyət 12:01
Azərbaycanda internet provayderləri üçün minimum sürət həddi tətbiq olunacaq
İlham Əliyev Lənkəranda açılış edib
Cəmiyyət 11:58
İlham Əliyev Lənkəranda açılış edib

Bakıya yağış, rayonlara qar yağıb- FAKTİKİ HAVA
Cəmiyyət 11:48
Bakıya yağış, rayonlara qar yağıb- FAKTİKİ HAVA
Azərbaycanda könüllü sığorta 3% azalıb
Cəmiyyət 11:33
Azərbaycanda könüllü sığorta 3% azalıb
Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilib
Cəmiyyət 11:32
Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilib
Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Cəmiyyət 11:16
Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol