• $
  • £

Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib

Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib
11.08.2020 17:30
2020-ci il üzrə ölkədə qazlaşma işlərinin aparılmasına dair Dövlət Proqramının icrası davam etdirilir. Artıq 14 yeni yaşayış massivi qazlaşdırılıb. Hazırda 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma aparılır. Bu işlər əsasən Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edir. 

Qeyd edilib ki, 2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Bundan əlavə olaraq, Birlik də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub. Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə "Azəriqaz” İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub.  Müqayisə aparsaq, 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol