• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

“Canavar” ləqəbli narkotacir və alıcıları tutulub- FOTOLAR

“Canavar” ləqəbli narkotacir və alıcıları tutulub- FOTOLAR
12.08.2020 09:30
Şəmkir rayonunda "Canavar” ləqəbli narkotacir və alıcıları saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Anews.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı,  Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitlərin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan  1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, "Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.
Bundan başqa qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisndəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Cəmiyyət 11:32
Bəzi arıçılar razı, bəziləri isə narazıdır - Bal yarmarkasından reportaj - FOTOLAR
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Cəmiyyət 13:31
Fəxri Xiyabanda şəhidlər anıldı... FOTO/VIDEO
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Cəmiyyət 17:12
Bu gün İkinci Fəxri Xiyabanda şəhid, kapitan Elvin Qeybəliyev dəfn edilib- VİDEO
Bu gün Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür- FOTO/VİDEO
Cəmiyyət 12:43
Bu gün Polad Həşimov və İlqar Mirzəyevin anım günüdür- FOTO/VİDEO
Bu gün məktəblərdə
Cəmiyyət 11:27
Bu gün məktəblərdə "Son zəng" çalındı- FOTOLAR
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür-  FOTOLAR
Cəmiyyət 17:12
1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür- FOTOLAR
Şahin Vəliyevin vida mərasimi keçirilir- FOTOLAR
Cəmiyyət 12:22
Şahin Vəliyevin vida mərasimi keçirilir- FOTOLAR
Şəhid Orxan Əsgərov II Fəxri xiyabanda dəfn ediləcək - FOTOLAR
Cəmiyyət 12:46
Şəhid Orxan Əsgərov II Fəxri xiyabanda dəfn ediləcək - FOTOLAR
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir - FOTOREPORTAJ
Cəmiyyət 15:45
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir - FOTOREPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol