• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Bakı Metropoliteni” QSC-də sədrin 4 müavini olacaq

“Bakı Metropoliteni” QSC-də sədrin 4 müavini olacaq
04.07.2014 17:06
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətini (QSC) idarə edəcək İdarə Heyəti sədr və sədrin 4 müavinindən ibarət olacaq.APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Bakı Metropoliteni” QSC-nin Nizamnaməsində əksini tapıb. İdarə Heyəti qanunvericiliklə və Nizamnamə ilə “Bakı Metropoliteni” QSC-nin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. “Bakı Metropoliteni” QSC-nin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir. “Bakı Metropoliteni” QSC-nin Nizamnamə kapitalı 1 milyard 770 milyon 950 min 768,02 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 14,14 manat olan 125 milyon 244 min 043 (yüz iyirmi beş milyon iki yüz qırx dörd min qırx üç) ədəd adi səhmdən ibarətdir. “Bakı Metropoliteni” QSC fəaliyyət istiqamətlərinə sərnişinlərin vaxtında və təhlükəsiz metro nəqliyyatında daşınmasının təmin edilməsi, metropolitendə qatarların hərəkətinin təşkilinin və təhlükəsizliyinin təmin olunması, metro nəqliyyatında hərəkətin və infrastrukturun idarə olunmasında müasir texnologiya və üsulların tətbiq edilməsi, metropolitenin işi ilə əlaqədar istehsalat, inzibati, yaşayış və sosial-mədəni təyinatlı və digər obyektlərin tikintisinin, təmirinin və bərpasının həyata keçirilməsi, metropoliten stansiyalarının, xətlərinin, elektrik depolarının, tunellərin, körpülərin tikintisi, yenidən qurulması, bərpası və təmiri işlərinin həyata keçirilməsi daxildir. Eyni zamanda “Bakı Metropoliteni” QSC fəaliyyət istiqamətlərinə uyğun materialların və avadanlıqların istehsalı və satışı, metropoliten şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, Cəmiyyətin inkişafı ilə bağlı digər tədbirlərin görülməsi ilə məşğul ola biləcək. “Bakı Metropoliteni” QSC xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə yalnız belə xüsusi razılıq (lisenziya) aldıqdan sonra məşğul ola bilər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol