• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı

Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
14.08.2020 22:32
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan anews.az-a verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq rayon Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:16
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Cəmiyyət 17:05
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
Cəmiyyət 16:50
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Cəmiyyət 16:32
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
Cəmiyyət 16:24
Lənkəranda yeni kanalizasiya sistemi tikiləcək - Rəsmi
ASCO 9 ayda təhvil verdiyi tullantıların həcmini açıqlayıb
Cəmiyyət 16:05
ASCO 9 ayda təhvil verdiyi tullantıların həcmini açıqlayıb
Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb
Cəmiyyət 15:52
Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb
Cəmiyyət 15:47
Gəncədə 71 yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb
Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb
Cəmiyyət 15:24
Sumqayıtın bəzi ərazilərinin qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol