Paşinyan BBC-də belə biabır oldu - VİDEO

Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "HardTalk" verilişinin qonağı olub.
Anews.az xəbər verir ki, verilişdə Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən çətin anlar yaşayıb.
"Mən ona görə "Artsax Ermənistandır" demişəm ki, Dağlıq Qarabağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir".
Aparıcı Ermənistan Baş Nazirinin sözünü kəsərək "Biz sizin tarixinizin minilliklərini indi araşdıra bilmərik, edə biləcəyimiz bu günün reallıqlarına baxmaqdır. BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz" deyə bildirib.
Daha sonra Paşinyan qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.
Bu suala da cavab tapa bilməyən Baş Nazir sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər