• $
  • £

UEFA Millətlər Liqası ləğv olunmayacaq

UEFA Millətlər Liqası ləğv olunmayacaq
19.08.2020 21:30
UEFA Millətlər Liqasının 2020/21 mövsümü ləğv olunmayacaq.

Unikal.org xəbər verir ki, bu barədə "sport-express” nəşri məlumat yayıb.

Bildirilib ki, qitə futbol qurumu rəsmiləri dünən gecə və bu gün səhər saatlarında turnirin ləğvi məsələsini müzakirə ediblər. Uzun məsləhətləşmələrdən sonra isə yarışın keçirilməsi qərara alınıb.

Koronavirus pandemiyası səbəbindən klub turnirlərinin təqvimində sıxlıq yarandığı üçün "Top-5” liqalarının komandaları Millətlər Liqasının ləğvi üçün UEFA-ya təzyiq göstərsə də, qurum üzv assosiasiyalarla görüşdən sonra "davam” qərarını verib. Yerli assosiasiyaların əksəriyyəti də oyunlar tamaşaçısız olduğu üçün qazanc əldə edə bilməmələrini problemə çevirməyiblər.

UEFA həmçinin onu da nəzərə alıb ki, Millətlər Liqası ləğv olunarsa, yığmalar bir ildən çox müddətdə oyun keçirə bilməyəcəklər. Bu hal isə sonuncu dəfə İkinci Dünya Müharibəsi zamanı yaşanıb.

Bu gün keçiriləcək videokonfransda oyunların təqvimi və futbolçuların sağlamlığı müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə C liqasının 1-ci qrupunda yer alıb. Yığmamız sentyabrın 5-də Bakıda Lüksemburqla, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol