• $
  • £

“DÇ-2014”ün yığma komandası - SİYAHI

“DÇ-2014”ün yığma komandası - SİYAHI
29.05.2020 08:50
İnternetdə ən böyük axtarış sistemi olan “Google” Braziliyada futbol üzrə Dünya Çempionatının şəbəkədə istifadəçilərin daha tez-tez məlumat əldə etmək istədikləri 11 oyunçusunun adını çəkib.ANS PRESS-in məlumatına görə, qapıçı Meksika yığmasının qolkiperi Gilyermo Oçoadır. O, braziliyalıların topu qapıdan keçirməsinə imkan verməyib və öz komandası ilə birlikdə 1/8 finala çıxmış, dörddə bir finala çıxmaq uğrunda oyunda hollandlara uduzub. Hər əlində altı barmağının olduğu barədə şayiə sayəsində internet istifadəçiləri arasında xüsusi populyarlıq qazanıb.Futbol həvəskarları çempionatın bütün müdafiəçiləri arasında “Google” şəbəkəsində Atsuto Utidanı daha tez-tez axtarıblar. Deyilənlərə görə, o, “Arsenal”a keçə bilər. Zəif oyunu ilə yadda qalmış və yığma heyətdəki yerini itirmiş ispan Jerar Pikeyə, gur saçı və saç düzümünü dəyişməsi barədə söz-söhbətlərə görə bir çox karikaturaların qəhrəmanına çevrilmiş braziliyalı David Luisə, Bosniya və Herseqovina ilə yarışda işlətdiyi “Rabona” fəndi sayəsində şəbəkədə xüsusi populyarlıq qazanmış argentinalı Markos Roxoya böyük maraq olub.Yarımmüdafiəçilər xəttini Braziliya qəhrəmanı və yerli pərəstişkarlar arasında ən populyar oyunçu Neymar, alman yığmasının liderlərindən biri olan Bastian Şvaynştayger, İtaliya yığmasının öz vətənində tənqid olunmayan yeganə futbolçusu Andrea Pirlo, bütün turnirin yekunlarına görə, ən yaxşı oyunçu titulunun iddiaçısı holland Aryen Robben təşkil ediblər.Ən populyar hücumçular isə Portuqaliya yığmasını qrupdan çıxara bilməmiş, lakin üç dəfə saç düzümünü dəyişmiş “Qızıl top”un sahibi Kriştiano Ronaldo və onun köhnə rəqibi, ilk üç oyunda dörd qol vurmuş argentinalı Lionel Messi olublar.Bu simvolik yığmanın məşqçisi ABŞ komandasının məşqçisi Yurgen Klinsmann olub. O, amerikalıları 1/8 finala çıxarıb, futbolu Şimali Amerikada daha da populyarlaşdırıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol