• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

“Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi” - Dostları Vüqar haqda danışdı

“Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi” - Dostları Vüqar haqda danışdı
06.09.2020 13:20
"Həyata gəlmişəm zülm üçün indi. Bülbüləm, söz qoşum gülüm üçün indi Tələsir bir qərib ölüm üçün indi. Bir vaxtı toylara tələsən şair”.

 
Bu sözləri bir neçə gün öncə vəfat edən tanınmış meyxanaçı, şair Vüqar Biləcəri mərhum söz ustadı Aydın Xırdalanlıya deyib.


Sənətkarın xəstəlikdən əziyyət çəkdiyi günlərdir, məclislərin birində yığışıblar: Rəşad Dağlı, Aydın Xırdalanlı, Vüqar Biləcəri...


Vüqar Aydına tələsmə deyir. Amma özü də ayaq saxlamır, ləngimir. Xırdalanlının ölümündən bir il sonra, yalandı dediyi dünyadan gedir. Ailəsinin, dostlarının gözlərini yaşlı qoyub, əbədiyyətə qovuşur.


Əsl adı Vüqar Paşayev olan şair 1988-ci ildə Bakıda dünyaya göz açıb. Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Meyxana aləminə gənc yaşlarında qədəm qoyub. Nədənsə, sonralar o, söz sənətindən uzaqlaşmaq fikrinə gəlib. Deyirlər axırıncı dəfə Rəşad Dağlının toyunda meyxana deyib, sənətdən gedəcəkmiş. Amma taleh imkan vermir, toydakı çıxışı ilə meyxanasevərlərin rəğbətini qazanır. Elə həmin gündən sonra məşhurlaşıb, sevilir...


Vüqar meyxana aləmində əruz vəznini yaxşı bilməsi ilə seçilir. Hətta sevənləri onu "Əruzun Şahı” adlandırır. Məclislərdə səsləndirdiyi qəzəllər əsl söz aşiqlərinin ruhunu oxşayır.


İstedadlı şair, ustad olması ilə yanaşı ona gözəl insan da deyirlər. Ən çox da yaxşılar dünyadan vaxtsız köçəndə adamın ürəyinə od düşür.


"Axırıncı dəfə görüşüb, dərdləşdik” deyir xatirələrini "Sherg.az”a danışan Elşən Xəzər:
"Söylədim ki, "Vüqar, narahat olma sağalacaqsan”. Amma xəstəliyi ciddi idi. Ona görə ürək-dirək verirdik. İstəyirdi mənim kimi dini aləmə gəlsin, meyxanadan çəkilsin, ilahi qəzəllər oxusun. Mən də onu hər zaman gözlədiyimi bildirdim. Dedim ki, gəl bir yerdə işləyək, şeirlər, qəzəllər yazaq. Uzun-uzun söhbət etdik. Vüqar İmam Hüseyn aşiqi, Allahına bağlı insan idi. Son görüşümüz belə oldu. Təkidlə deyirdi ki, Hacı, çox istəyirəm meyxanadan uzaqlaşım. Səninlə bir yerdə islami toylarda çıxış edim. Mən də hər zaman yanında olduğumu söylədim. Sonra İmam Hüseynə olan eşqindən bəhs edirdi. İndi hadisələrin hamısı, birgə keçirdiyimiz günlər gözümdə canlanır. Adam bilmir nə desin. Evlənməmişdi, toy etməmişdi, cavan uşaq idi... "


Ələkbər Yasamallı Vüqarın vaxtsız gedişindən səsi titrəyə-titrəyə danışır: "Onsuz da hamımız öləcəyik, bu dünyada qalmayacağıq. Lakin zamansız oldu. Aydın bizi ölümünə öyrəşdirdi. Bir neçə dəfə halı pisləşdi, dedilər ölüb. Sanki hamımızı psixoloji cəhətdən ölümünə hazırladı. Amma Vüqar... Bacım oğlundan sonra ikinci şoku Vüqarın ölümü ilə yaşadım. Ona görə 2020-ci ilin qurtarmağını səbirsizliklə gözləyirəm. Bu il bitsin, dərd-bəladan xilas olaq”.


Birdən xətt kəsilir. Ağlıma iki səbəb gəlir: Ya ustad kövrəlib, söhbəti dayandırmaq istədi, ya da şəbəkədə problem yarandı. Birinci versiya daha inandırıcı görünür, ona görə təkrar zəng vurmuram.


Keçirəm Vüqar Biləcərinin digər dostu meyxanaçı Balaəli Maştağalıyla söhbətə.


O da sarsılıb məlum hadisədən, mərhumun doğum günündə yaşananları xatırlayır. Acı bir təbəssümlə dostunu yada salır: "Avqustun 24-ü ad günündə bir yerdə idik. Rəşad, Orxan, mən Ruslan getmişdik. Hal-əhval tutduq. Vüqar çox sadə, mehriban insan idi. Deyib-gülürdük, tort kəsirdik. Hələ videosu da var. Vüqar bıçağı uzadır ki, tortun üzərindəki şəklinin baş hissəsindən kəssin. Orxan da deyir ki, başını kəsmə, o da dərhal cavab verir: neyləyim, qulağını kəsim? Allah rəhmət eləsin".


Orxan Lökbatanlı hələ də inana bilmir dostunun ölümünə, qəbrini ziyarət edib, qayıtdığını bildirir kövrək şəkildə: "Özümüzə də inandırıcı gəlmir. Üç gündür biz onun qardaşları, yaxınları olaraq inana bilmirik ki, Vüqar ölüb. Dünyadır, bir gün hamı gedəcək. İnsan getmək üçün gəlib dünyaya. Amma vaxtsız oldu. Avqustun 24-də ad günü idi rəhmətliyin. Getdik, sonrakı gün də görüşdük. Hamımız ümid edirdik ki, sağalacaq. Alınmadı”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol