• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Ramiz Mehdiyevin bahalı mənzilindən FOTOLAR yayılıb

Ramiz Mehdiyevin bahalı mənzilindən FOTOLAR yayılıb
07.09.2020 11:55
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər gün yeni məlumatlar ortaya çıxır. Və bu yayılan məlumatların heç biri onun xeyirinə deyil.

Məlum olur ki, PA rəhbəri olduğu zaman R. Mehdiyevə "hədiyyə” adı ilə – əslində isə rüşvət kimi çoxlu sayda daşınar və daşınmaz əmlak verilib. Hətta o bir çox tikinti şirkətlərində müəyyən paylara da sahib olub.

R. Mehdiyevə verilən həmin hədiyyə əmlaklardan biri ilə bağlı "Yeni Sabah” maraqlı məlimat əldə edib. Belə ki, 3 il bundan əvvəl Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edilib. Binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var. Mənzili Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib.
Bu haqda saytımıza məlumat verən şəxs bildirir ki, həmin mənzilin hazırda bazar qiyməti 2 milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edir.

Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib. Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən 3 il əvvəl Mehdiyevə təhvil verilib. Mehdiyev isə öz növbəsində həmin evi qızı Kamilə Mehdiyevaya bağışlayıb.

Aradan 3 il vaxt keçsə də, bu günə qədər həmin evin boş saxlandığı, heç kimin orada yaşamadığı bildirilir.
Anews.az mənzilin dizaynının fotolarını da təqdim edir. 400 kvadratmetrlik mənzilin ən xırda detallarına qədər məhz dizaynda nəzərdə tutulduğu kimi təmir olunduğu, mebellərlə təchiz edildiyi bildirilir.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol