• $
  • £

Balakəndə polisə müqavimətə görə 4 nəfər saxlanıldı

Balakəndə polisə müqavimətə görə 4 nəfər saxlanıldı
15.09.2020 22:00
Balakəndə polis əməkdaşlarına tabesizlik göstərilib. 

Anews.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya daxil olan açıqlamada deyilir. DİN-in yaydığı məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb: 

"Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.

Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə "avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Əliyev Litvanın Baş nazirini qəbul edib
Siyasət 11:53
Əliyev Litvanın Baş nazirini qəbul edib
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol