• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
16.09.2020 19:30
Sentyabrın 18-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Anews.az-a verilən məlumata görə, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

İmtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
Namizədlər "İmtahana buraxılış vərəqəsi”  və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni  çap etmək üçün https://eservices.dim.gov.az/erizerez/brxvrez/?frm=egov linkinə daxil olaraq çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi”ni və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 601 namizəd qeydiyyatdan keçib. Onlardan 415 nəfəri qız, 186 nəfəri oğlandır. 562 namizəd Azərbaycan bölməsinin, 39 namizəd rus bölməsinin, 280 namizəd cari ilin, 321 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 583, Naxçıvan şəhərində isə 18 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunması üçün 7 imtahan rəhbəri, 67 zal nəzarətçisi ayrılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Cəmiyyət 23:41
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
54 yaşlı kişi hamamda yıxılıb öldü
Cəmiyyət 23:32
54 yaşlı kişi hamamda yıxılıb öldü
Gəncədə evdə partlayış olub
Cəmiyyət 23:00
Gəncədə evdə partlayış olub
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Cəmiyyət 22:30
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
Cəmiyyət 21:30
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Cəmiyyət 21:00
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Cəmiyyət 16:22
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:42
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:07
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları münasibətilə silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol