• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

PKK-nın xüsusi təyinatlı qüvvələri Qarabağa göndərildi

PKK-nın xüsusi təyinatlı qüvvələri Qarabağa göndərildi
16.09.2020 16:07
Livanlı ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin "Cümhuriyyet” qəzeti yayıb.

Qəzet yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.

"Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”,-qəzet belə yazır.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bu günlərdə bildirib ki, livanlı ermənilərin Qarabağa köçürülməsi "işin görünən tərəfidir”.

"Keçmiş səfir son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusunun Dağlıq Qarabağa yerləşdirildiyini demişdi”,-məlumatda bildirilir.
Qeyd edək ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı.(virtualorg)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol