• $
  • £

Azərbaycan Beynəlxalq Bankı Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürdü

Azərbaycan Beynəlxalq Bankı Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürdü
30.09.2020 17:46
İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşən ordumuza dəstək məqsədilə  Azərbaycan Beynəlxalq Bankı Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələbələrə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyətindən irəli gələrək bu ilin martında Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon məbləğində ianə ayırıb.

Bundan başqa, Bank pandemiyaya qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə də dəstək verib. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin "Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Ölkəmizin böyük kommersiya qurumlarından biri olaraq Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol