• $
  • £

ÜST: Koronavirusa yoluxmada həftəlik rekord qeydə alınıb

ÜST: Koronavirusa yoluxmada həftəlik rekord qeydə alınıb
13.10.2020 10:50
Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində 2,2 milyon nəfərdən çox artıb.

Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

"Oktyabrın 5-dən bəri ÜST-nin altı bölgəsindən 2,2 milyondan çox yeni yoluxma və COVID-19-dan 39 min yeni ölüm faktı barədə məlumat daxil olub. Yoluxma sayı həftəlik periodlar üzrə rekordu yeniləyib. Ölüm sayı isə təxminən ötən həftədki qədər olub. Oktyabrın 11-nə olan məlumata görə,
 
dünyada 37 109 851 nəfər yeni növ koronavirusa yoluxub, ölənlərin sayı isə 1 070 355 nəfərə çatıb”, - məlumatda deyilir.

Ən ağır epidemioloji vəziyyət Şimali və Cənubi Amerikada müşahidə olunur. Bu regionda ümumilikdə 5-11 oktyabr tarixlərində 804 mindən çox insan koronavirusa yoluxub və yoluxanların ümumi sayı isə 17,79 milyonu keçib. Göstərilən yeddi gündə 20 mindən çox ölüm faktı qeydə alınıb ​​və oktyabrın 11-nə ümumi ölüm sayı 588 mindən çox olub.

Cənub-Şərqi Asiya bölgəsində həftə ərzində 575 mindən çox insan virusa yoluxub və ümumi yoluxma sayı 7,9 milyonu keçib. Ölənlərin sayı 126 mini keçib və bu, öncəki həftənin nəticəsindən 7,75 min nəfər çoxdur.

Avropada isə həftəlik müqayisə üzrə ən böyük artım (34%) qeyd alınıb. Yoluxanların sayı 694 mindən çox artaraq 6,92 milyon nəfərə çatıb. Həftə ərzində 6,1 mindən çox insan ölüb və ümumi ölüm sayı isə 246 mini keçib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
İqtisadiyyat 15:25
Yelo Bank-dan mikro bizneslər üçün bahar kampaniyası!
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Siyasət 13:50
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünyada neft qiymətləri yüksəlib
İqtisadiyyat 09:24
Dünyada neft qiymətləri yüksəlib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - məzənnə
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
İqtisadiyyat 16:33
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol