• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Azərbaycanda Alman mədəni irsinə Ermənistan təhlükəsi

Azərbaycanda Alman mədəni irsinə Ermənistan təhlükəsi
15.10.2020 17:14
XX əsrin sonlarında erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı əsassız ərazi iddiaları bölgədə hərbi münaqişəyə gətirdi. Bu münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan danışıqları nəticəsiz qalmış, Ermənistan hərbi hissələri davamlı olaraq təxribatlar törətmişlər. 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi hissələrinin törətdiyi növbəti təxribat nəticəsində Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhəddində genişmiqyasllı hərbi əməliyyatlar başlamış, 1992-1994-cü illərdə Ermənistan hərbi hissələrinin işğal etdiyi torpaqlarımızın bir hissəsi Azərbaycan ordusunun müvəffəqiyyətli əks-hücumu nəticəsində azad edilmişdir. Yaranmış şəraitdə Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhəddində genişmiqyasllı hərbi əməliyyatların dayanması üçün Almaniya Federativ Respublikasının Xarici İşlər naziri cənab Heiko Maasın qəfil çıxışı Azərbaycan ictimaiyyətində təəccüb doğurdu. Çıxışdan bir neçə gün sonra, 2020-ci il oktyabrın 10-da, Moskvada Azərbaycan və Ermənistan arasında humanitar məqsədlərlə imzalanmış atəşkəs sənədi kağız üzərində qalmışdır. Atəşkəs rejimini pozan işğalçı Ermənistan rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş, Azərbaycanın qədim Gəncə şəhərinə Ermənistan ordusu ağır artilleriyadan zərbə endirərək dinc əhalini qətlə yetirmişlər.    
       
Azərbaycanda tarixən mövcud olmuş multikultural mühitin laylarından olan alman qatları Azərbaycan Respublikasında lazımınca mühafizə olunur və ölkə rəhbərliyinin davamlı olaraq apardığı multikulturalizm siyasətinin bariz nümunəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam buna sübutdur. 200 il öncə Gəncə ətrafında, əsasən Göy-Göl (Helenendorf), Şəmkir (Annenfeld)  və Tovuz (Traubenfeld) ərazisinə Baden-Vürtenberq torpağından köç edərək məskunlaşan almanların bu gün respublikada və o cümlədən Gəncədə qorunan tarixi və mədəni irsi təhlükə altındadır. Alman-Azərbayan dostluq əlaqələrinin inkişafı məqsədilə 2007-2008-ci illərdə Almaniya Beynəlxalq Əlaqələr İnstitunun baş katibi prof. Kurt-Jurgen Maasın Bakıya səfəri zamanı təhsil və mədəni əlaqələrə verdiyi töhfə xoş təəsüratlarla ictimaiyyətin yaddaşında qalmasına rəğmən, bu günlərdə bəzi ictimai-siyasi və media nümayəndələrinin Qarabağ münaqişəsi ilə bağlı haqsız mövqeləri ilə rastlaşırıq.
 

Humanizm prinsipləri ümümbəşəri dəyərlər silsiləsinin tərkib hissəsidir və müasir sivilizasiyanın qaynaqlarına bağlıdır. XXI əsrin əvvəllərində humanizm ideyalarından uzaqlaşmaq təəssüf doğurur və dünyadakı abu-havanın dəyişməsini öncədən görən görkəmli alman filosofu Osvald Şpenqlerin yazdığı "Avropanın Tənəzzülü” əsərində də dolayısı ilə bu məqamlar vurğulanır. Bu baxımdan 2016-cı ildə Bakıya qısa müddətli səfər etmiş Roma Papasına ünvanladığım məktubda humanizm prinsiplərindən uzaqlaşmamağı, insanların sərbəst həyat tərzi yaşaması üçün sədd və sərhədlərin götürülməsini növbəti çağırışlarının birində səsləndirməsini arzulamışdım.

Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan Respublikası beynəlxalq münasibətlər sisteminin aktorudur, onun suverenliyi beynəlxalq hüquq normaları ilə qorunur və xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizə dövlətimizin suveren hüququdur. Bu əsasda multikultural ənənələri özündə birləşdirən, tolerant dəyərləri qoruyan Azərbaycan xalqına qarşı yönələn erməni təcavüzünə nə ad verək?

Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin Sədri

Sülh səfiri, professor Çingiz Abdullayev

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:23
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:38
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib
Cəmiyyət 14:09
Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Cəmiyyət 13:13
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:57
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Bakıda su anbarına düşən şəxs xilas edilib - Video
Cəmiyyət 10:35
Bakıda su anbarına düşən şəxs xilas edilib - Video
Ağdaşda yol qəzası baş verib, ölənlər var
Cəmiyyət 09:39
Ağdaşda yol qəzası baş verib, ölənlər var
Vəkil Zabil Qəhrəmanov həbs olunub - Yenilənib
Cəmiyyət 22:47
Vəkil Zabil Qəhrəmanov həbs olunub - Yenilənib
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 22:33
Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol