• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Qafqaz Universiteti bağlanırmı? Rektordan AÇIQLAMA

Qafqaz Universiteti bağlanırmı? Rektordan AÇIQLAMA
19.06.2014 10:44
Qafqaz Universitetinin rektoru Ahmet Saniç universitetin bağlanması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. 
ANN.Az-ın məlumatına görə, universitetin rektoru movqe.az-a bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatdan hər şey aydındır:
"ARDNŞ-nın açıqladığı məlumatda bu sualın cavabı var. Ordan hər şey aydın görünür ki, qərar "Araz Kursları" və ümumtəhsil məktəbləri ilə bağlıdır. Yəni Qafqaz Universitetinin orada adı hallanmır".
"Qafqaz Universiteti bu il qəbulu davam etdirəcəkmi" sualını A. Sanıç cavabsız qoyub. 
Universitetin prorektoru Natiq Paşa isə bu sualı belə cavablandırıb: "Siz görmüsünüz ki, Qafqaz Universtetininnin adı builki "Abituriyent" jurnalında qəbul aparacaq özəl ali təhsil müəssisələri arasındadır. Ona görə də, universitetə tələbə qəbulu davam etdiriləcək. Həmçinin ARDNŞ-nın qərarında ali məktəb qeyd olunmadığından narahatçılığa da əsas yoxdur. Valideynlər də narahat olmasınlar".
Xatırladaq ki, dünən ARDNŞ-nin tabeliyində olan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.
 
Rəsmi məlumata görə, ARDNŞ Azərbaycan Respubikasının milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq üçün ardıcıl islahatlar həyata keçirir: "Bu islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, az səmərəli biznes proseslərinin aradan qaldırılması zərurətini də yaradır. Bu tələblər bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, ARDNŞ-nin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyən edilir. Az səmərəli biznes proseslərinin təkmilləşdirilməsi, bir qayda olaraq dəyişikliklərin aparılmasını şərtləndirir. Respublikada və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılıb. Son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb. Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən "Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib. Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, "Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək". 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azyaşlıya qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilən şəxs Sabirabadda saxlanılıb
Cəmiyyət 16:52
Azyaşlıya qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilən şəxs Sabirabadda saxlanılıb
Dənizdə suyun temperaturu 30° olacaq
Cəmiyyət 14:09
Dənizdə suyun temperaturu 30° olacaq
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb - DSX
Cəmiyyət 13:03
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb - DSX
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:16
Sabahın hava proqnozu açıqlanıb
2,100-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub
Cəmiyyət 12:05
2,100-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub
Sirkə turşusu ilə zəhərlənən Sumqayıt sakini vəfat edib
Cəmiyyət 11:38
Sirkə turşusu ilə zəhərlənən Sumqayıt sakini vəfat edib
Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib
Cəmiyyət 11:01
Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib
Səhhətində ciddi problemlər olan sürücülərə çağırış
Cəmiyyət 10:45
Səhhətində ciddi problemlər olan sürücülərə çağırış
Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
Cəmiyyət 10:43
Qalada avtomobilin vurduğu 18 yaşlı şəxs xəstəxanada ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol