Asiya bazarlarında artım var
Asiya – Pasifik regionunun başlıca fond indeksləri ötən gün ABŞ-da baş verən artımın təsirilə eyni trend göstərib.
Anews.az xəbər verir ki, Şanghay Fond Birjasında (SSE) keçirilən hərracda "Shanghai Composite” indeksi 0,4 faiz artaraq 3.377,73 bəndə, Şenjen Fond Birjasında (SZSE) "Shenzhen Composite” indeksi 0,6 faiz artaraq 2.289,51 bəndə, Honq Konqun "Hang Seng” indeksi 0,4 faiz artaraq 26.451,54 bəndə, Cənubi Koreyanın "KOSPİ” indeksi 0,24 faiz artaraq 2.553,5 bəndə çatıb. Eyni zamanda Yaponiyanın "Nikkei 225” indeksi 0,42 faiz azalaraq 25.527,37 bəndə, Avstraliyanın "S & P/ASX 200” indeksi də 0,12 faiz azalaraq 6.539,2 bəndə enib.
Ekspertlərin qənaətincə, bu cərəyanlar ABŞ Konqresində koronavirus pandemiyasına qarşı iqtisadiyyata dəstək tədbirləri planını müzakirəyə çıxaracaqlarına dair xəbərlərdir. Bununla yanaşı Çin Bankının birinci dərəcəli borc (LPR – loan prime rate) üçün illik faiz dərəcəsini artıq yeddi aydır 3,85 faiz səviyyəsində saxlaması da müsbət əks-səda doğurub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:05
Prezident Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
İqtisadiyyat
12:41
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi 2026-cı ilin sonuna qədər tam başa çatdırılacaq — Əmrullayev
Son xəbərlər
Daha çox