• $
  • €
  • ₽
  • ₺
  • £

Bütün vətəndaşlar Xankəndidə ev ala biləcək -Prezidentin xüsusi nümayəndəsi /MÜSAHİBƏ

Bütün vətəndaşlar Xankəndidə ev ala biləcək -Prezidentin xüsusi nümayəndəsi /MÜSAHİBƏ
20.10.2025 15:59

Xankəndi şəhəri və ətraf qəsəbələrə  yerli əhalinin köçürülməsinə noyabrın 20-dən sonra başlanılacaq.  Bu barədə Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov anews.az-a müsahibəsində bildirib.

Yusubovun sözlərinə görə, ilk mərhələdə 32 ailənin Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinə köçürülməsi  nəzərdə tutulub.

“Siyahıya yalnız  bu ərazilərdə mülkiyyət hüququ olan şəxslər daxil edilir,” –  o bildirib.

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bir il ərzində təxminən 400 ailənin Xankəndinə köçürülməsi  nəzərdə tutulub.

Xankəndidə mənzil bazarı açılır, kommersiya mənzilləri satışa çıxarılacaq

Xüsusi nümayəndənin məlumatına görə, növbəti ildən özəl sektorun binaların tikintisi üzrə  layihələrin icrasına başlaması və evlərin satışı ilə bağlı işlər də nəzərdə tutulur.

Xankəndi tələbə şəhərinə çevriləcək

Yusubov həmçinin qeyd edib ki, şəhər gələcəkdə tələbə şəhəri olacaq.

"Hazırda təxminən 2,300 tələbə Xankəndidə Qarabağ Universitetində təhsil alır. Bu sayın 10 min nəfərə çatdırılması nəzərdə tutulub. Universitetdə tibb, biznesin idarə olunması və digər ixtisaslar üzrə 10-dan çox fakültə fəaliyyət göstərəcək", - Yusubov əlavə edib. 

Şəhərsalma prinsiplərinə görə Xankəndi bir neçə zonaya bölünəcək

"Xankəndinin baş planı hələ tam təsdiqlənməyib. Möcvud layihəyə görə, şəhərin müasir şəhərsalma prinsiplərinə əsaslanaraq bir neçə zonaya bölünməsi planlaşdırılır. Bura sənaye zonaları,tələbə şəhərciyi və məskunlaşma sahələri daxildir", - o bildirib.

Xankəndinin bərpasına ayrılan pulun 70% icra olunub

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, 2025-ci ildə  Xankəndi və ətraf ərazilərin bərpası üçün 146 milyon manat vəsait ayrılıb və bu vəsatini 70%-dən çoxu icra olunub.

“Hazırda 19-a yaxın kənd bərpa edilib. Xocalının 9, Ağdərənin 7 kəndində insanlar artıq yaşayır", - xüsusi nümayəndə bildirib. 

Yusubov vurğulayıb ki, gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsaitini məbləğı hələ bəlli deyil. Hökumət bu proqnozlar üzərində işi davam etdirir.

Erməni sakinlərin hüquqi statusu və təhlükəsizliyə nəzarət

Yusubovun sözlərinə görə, hazırda Xankəndidə 12 erməni milliyyətindən olan şəxs yaşayır. 

“Hazırda Xankəndində 12 erməni yaşayır. Onların təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən daim nəzarətdə saxlanılır. Onlar digər vətəndaşlarımız kimi yaşayırlar,” –  o əlavə edib.

2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf bölgələr üzərində ölkənin  tam suveren nəzarəti bərpa edilib.

Bundan sonra şəhərin yenidən qurulması, əhalinin könüllü və mərhələli şəkildə geri qaytarılması, təhsil, infrastruktur, iqtisadiyyat və şəhərsalma sahələrində genişmiqyaslı layihələrin icrasına başlanılıb.

Indiyə kimi Xankəndi, Ağdərə və Xocalı rayonlarının 19 yaşayış məntəqəsində 1040 ailə olmaqla 4064 nəfər köçürülüb. Hazırda 3 bölgə üzrə 546 sahibkarlıq obyektində 3 mindən artıq şəxs işlə təmin olunub.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb 

Gülnar Nazimqızı 

N.Təbrizli 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol