• $
  • £

Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb

Azərbaycan və İspaniya gömrük orqanları anlaşma memorandumu imzalayıb
27.11.2020 18:30
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu (IEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Bu barədə anews.az DGK-ya istinadən xəbər verir. Sənədi Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Fiskal Araşdırmalar İnstitutunun direktoru Aleyin Kuensa imzalayıblar.

Onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov, Fiskal Araşdırmalar İnstitutunun (FAİ) direktoru Aleyin Kuensa və İspaniya Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada iştirak ediblər.

Pilar Jurado açılış nitqi ilə çıxış edərək iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən məmnunluqla söhbət açıb. Baş direktor memorandumun gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə olacağına, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında qarşılıqlı anlaşmaya əsaslanan mövcud əlaqələrdən bəhs edib və bildirib ki, Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol