• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Bəzi rayonlarda təbii qaz təhcizatında məhdudiyyət olacaq

Bəzi rayonlarda təbii qaz təhcizatında məhdudiyyət olacaq
28.11.2020 12:05
Bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, diametri 1200 millimetr olan "Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi iki gün ərzində təmir işləri aparacaq. Kəmərin 332-ci və 335-ci kilometrliyində korroziyaya uğramış 120 metrlik hissəsinin noyabrın 28-i və 29-u tarixlərində mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq. Bununla yanaşı, "Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq "Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, "Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometrliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edilib
Cəmiyyət 21:51
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:06
Sabah bu ərazilərdə qaz olmayacaq
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Cəmiyyət 18:39
Bu tarixdən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 18:30
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Cəmiyyət 18:06
Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:16
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Cəmiyyət 17:05
Aİ Rusiyadan qaz idxalına mərhələli qadağa tətbiq edir
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
Cəmiyyət 16:50
Sabirabadda erkən nikahla bağlı araşdırma başlanılıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Cəmiyyət 16:32
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol