• $ 1.7
  • € 2.013
  • ₽ 0.022112
  • ₺ 0.0389
  • £ 2.314

“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçildi

“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçildi
03.12.2020 11:36
 "AccessBank” Böyük Britaniyanın nüfuzlu "The Banker” jurnalı tərəfindən "İlin bankı” adına layiq görülüb. Mükafat "Cəmiyyət üçün maliyyə inteqrasiyası və bankçılıq" (FINANCIAL INCLUSION & BANKING IN THE COMMUNITY) kateqoriyası üzrə Banka, COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə ölkə vətəndaşlarına dəstək, Azərbaycanın bölgələrindəki fərdi sahibkarların dəstəklənməsi və ətraf mühitin qorunması naminə həyata keçirilən layihələrə görə təqdim olunub. 


"Fəaliyyətimizin nüfuzlu "The Banker” nəşri tərəfindən yüksək qiymətləndirilməsindən məmnunuq. Komandamız müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, həm də fəaliyyət göstərdiyimizin cəmiyyətin nəbzini tutmağa, baş verənlərdən xəbərdar olmağa çalışır. "İlin Bankı" adı cəmiyyətimizin tələbat və istəklərini bilən və anlayan, həmçinin əhalinin müxtəlif təbəqələrinə hərtərəfli dəstək verən bütün "AccessBank” kollektivinin fədakarlığının və zəhmətkeçliyinin bəhrəsidir. Biz anlayırıq ki, biznes əhatə olunduğu cəmiyyət qədər güclü ola bilər.”deyə "AccessBank”ın Müşahidə Şurasının Sədri Oleq İvaniyçuk vurğulayıb.


Qeyd edək ki, son 10 ildə "AccessBank” artıq 5-ci dəfədir ki, "The Banker” tərəfindən "İlin Bankı” adına layiq görülür. Bank daha öncə 2011, 2012, 2015 və 2016-cı illərdə bu şərəfə nail olub. "Financial Times” nəşriyyat qrupunun bir hissəsi olan "The Banker” jurnalı 1926-cı ildən dərc olunur və aparıcı beynəlxalq maliyyə nəşriyyatlarından biridir. Jurnalın redaksiyası mükafata namizədlərin siyahısını tərtib edərkən, bankların yalnız maliyyə nəticələrini deyil, həm də inkişaf strategiyalarının həyata keçirilməsi və yeni standart və texnologiyalar tətbiq etməsini nəzərə alınır. 


"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 12:52
Qızılın qiyməti bahalaşıb
Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib
İqtisadiyyat 09:52
Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib

Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub
İqtisadiyyat 17:08
Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub
Azərbaycanda yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib
İqtisadiyyat 16:13
Azərbaycanda yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin
qalibi seçildi!
İqtisadiyyat 15:15
ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb, xarici ticarət dövriyyəsi isə azalıb
İqtisadiyyat 15:07
Azərbaycanın meyvə-tərəvəz ixracı artıb, xarici ticarət dövriyyəsi isə azalıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:19
Azərbaycan nefti bahalaşıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:48
Qızıl və gümüş ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol