• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Cənub axını" TANAP üçün əngəl deyil - AÇIQLAMA

"Cənub axını" TANAP üçün əngəl deyil - AÇIQLAMA
13.06.2014 16:23

Bu həftə Avropa Birliyinin üzvü olan Bolqarıstan, "Cənub axını" qaz kəmərinin ölkə ərazisində tikintisinin dayandırılması barədə qərar qəbul edib. "Cənub axını" layihəsinin dayandırılmasına səbəb ola biləcək bu qərar, Azərbaycanın qaz ixracatı siyasətinə necə təsir göstərəcək? ANN.Az-ın bu sualına Neft Tədqiqatları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban cavab verdi.

O, belə hesab edir ki, "Cənub axını" Azərbaycanın qaz ixracı biznesinə heç bir təsir göstərməyəcək. "Cənub axını"nın olub-olmamasının Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur.

"Azərbaycan qazının Avropaya ixrac ediləcəyi TANAP, sonra isə TAP qaz kəmərinin tikinti layihəsində bizim illik ixracımız əvvəlcə 10, sonra ildə 20 milyard kub metr qaz planlaşdırılır. SOCAR rəhbərliyi bildirdi ki, "Cənub qaz dəhlizi" üzrə daşınmanı 31 milyard kubmetrə qədər artıra bilərik. Bu həcmdən 6 milyard kubmetr qazı Türkiyə alacaq, deməli 25 milyard kub metr Azərbaycan qazı Avropaya ixrac ediləcək.

Növbəti onillikdə Azərbaycan Avropanı qazla təmin edə biləcək "Ümid/Babək", "Azəri- Çıraq-Günəşli"nin dərin qatlarını, "Abşeron" və başqa qaz yataqlarının işlənməsini təmin edəcək.

Düzdü, Avropa, Azərbaycan və Rusiya mətbuatı Azərbaycan və Rusiya qaz ixracat axınlarının qarşıdurması, onların rəqabəti haqqında yazır. Bu qaz kəmərləri arasında paralellər aparır, həmçinin Avropa Birliyi və Gömrük İttifaqı arasında rəqabətdən söz açır. Bu siyasi spekulyasiyalardan başqa bir şey deyil. "Cənub qaz dəhlizi" və "Cənub Axını" paralel planlaşdırılmışdı, ona görə də tikintisi dayandırılmayacaq. Eləysə, onda necə bir-birinə mane ola bilərlər? ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsriov hələ aprelin sonlarında CNN telekanalında çıxış edərkən bildirmişdi.

Hal-hazırda "Cənub axını"nı bloklayan avropalılar, Rusiya qaz kəmərlərindən imtina etmək yox, Rusiyadan energetika resurslarının daha əlverişli şərtlərlə alınmasına nail olmağa çalışırlar", - İlham Şaban dedi.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol