• $
  • £

Bu gün Teymur Rəcəbovun Aronyanla son görüşü olacaq

Bu gün Teymur Rəcəbovun Aronyanla son görüşü olacaq
03.01.2021 12:35
Bu gün "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçı keçirilməklə qalib müəyyənləşəcək.

Anews.az xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla mübarizə aparacaq. Artıq birinci matçda şahmatçımız rəqibini 2,5:1,5 hesabla məğlub edib. Belə ki, birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən təmsilçimiz dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, noyabrın 23-də "Skilling Open" onlayn turnirdə şahmatçımız erməni rəqibini məğlub edib. Dekabrın 30-da isə məhz bu turnirin qrup mərhələsi çərçivəsində şahmatçılar arasında baş tutan qarşılaşma heç-heçə ilə bitib.

Xatırladaq ki, "Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Bu gün başa çatacaq turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol