• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Poçtla göndərilən bu mallardan gömrük ödənişləri tələb olunacaq

Poçtla göndərilən bu mallardan gömrük ödənişləri tələb olunacaq
10.01.2021 15:45
İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Bu, Dövlət Gömrük Komitəsinin Kollegiyasının  "Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu tələb 8 yanvar 2021-ci ildən qüvvəyə minib. 

Yanvarın 8-nə qədər qüvvədə olan Qaydalara əsasən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödənilməli idi.

Dövlət Gömrük Komitəsi Kollegiyasının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarına uyğun olaraq belə bir qərar qəbul etdiyi qeyd olunub. Nazirlər Kabinetinin qərarına əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Növbəti tədris ilində 43 azərbaycanlı tələbə Çində təhsil alacaq
Cəmiyyət 10:04
Növbəti tədris ilində 43 azərbaycanlı tələbə Çində təhsil alacaq
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Cəmiyyət 23:26
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Cəmiyyət 21:47
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
Cəmiyyət 21:29
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Cəmiyyət 20:12
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol